Vətəndaş cəmiyyəti güclüdürsə...
25.08.2023 [11:07]
Yeganə BAYRAMOVA
Vətəndaş cəmiyyətinin struktur elementləri içərisində qeyri-hökumət təşkilatları (QHT) mühüm yer tutur. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra hüquqi dövlətin və vətəndaş cəmiyyətinin yaranması dövlətimizin prioritet istiqaməti olub.
Bu fikirləri “Yeni Azərbaycan”a Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni bildirib.
R.Zeyni qeyd edib ki, Azərbaycan dövlətinin ən böyük işi hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulmasıdır: “İqtisadi cəhətdən dövlət inkişaf edə bilər, hərbi cəhətdən də dövlətin güclü olması vacibdir. Amma dövlətlərin gücü həm də vətəndaş cəmiyyətinin güclü olması ilə ölçülür. Vətəndaş cəmiyyəti güclüdürsə, bütün sahələrdə təsbit olunubsa, deməli, bu sektor öz işini günün tələbləri səviyyəsində quracaq”.
R.Zeyni vurğulayıb ki, vətəndaş cəmiyyətinin maddi-texniki bazasının yaranması, beynəlxalq standartlara uyğun hüquqi sənədlərin qəbul edilməsi vətəndaş cəmiyyətinin əsas göstəriciləridir: “Azərbaycanda bu istiqamətdə çox pozitiv inkişaf prosesləri gedib. 1997-ci ildə vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı BMT ilə memorandum imzalanıb. 1999-cu ildə Milli QHT Forumu yaradılıb. 2000-ci ildə Milli QHT Forumunun təşəbbüsü ilə Milli Məclisdə ilk dəfə “QHT-lər, ictimai birliklər və fondlar haqqında” qanun qəbul olunub. Bu proses ardıcıllıqla davam edir. Dövlət sektoru, özəl sektor və ictimai sektoru müqayisə eləsək, dövlət sektorunun əhəmiyyətli dərəcədə inkişaf etməsinin şahidi olarıq. Özəl sektorda da kifayət qədər inkişaf var”.
MQF rəhbəri bildirib ki, Azərbaycanın QHT sektorunun fəaliyyətinə dövlət təminatı verən əsas qanun 1995-ci ildə qəbul edilmiş ölkə Konstitusiyasıdır: “Sonrakı dövrlərdə müxtəlif qanunların qəbul edilməsi, ölkədə QHT hərəkatının daha geniş vüsət almasına imkan yaratdı. Qəbul edilən qanunlar vətəndaş cəmiyyətinin inkişafı üçün vacib bir platforma, qanunvericilik bazası yaratdı. 2000-ci ildə qəbul edilən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanun isə qeyri-hökumət təşkilatlarına aid əksər məsələlərə aydınlıq gətirir. Bu qanun QHT-lərin yaradılmasından başlayaraq, onların hakimiyyət orqanları ilə münasibətlərinə qədər, meydana gələ biləcək bir çox məsələləri tənzimləməyə çalışır. Həmçinin, qanun QHT-lərin fəaliyyəti, yenidən təşkili və ləğv edilməsi qaydaları, onların idarə olunmasının əsas prinsiplərini nizamlayır”.
R.Zeyni bildirib ki, müstəqillik illərindən sonra vətəndaş cəmiyyəti institutları, QHT-lər totalitar sistemdən demokratik cəmiyyətə keçid prosesinin, ictimai həyatın vacib institutlarından birinə çevriliblər: “Bu dövrdə müxtəlif sahələrdə fəaliyyət göstərən, cəmiyyətin bütün sektorlarına dərindən nüfuz edən ictimai birliklərdən və QHT-lərdən ibarət sektor formalaşıb. İllər ərzində davamlı təkamül və inkişaf prosesləri hazırda müxtəlif istiqamətlər üzrə QHT-lərin sabit qruplarının formalaşmasına gətirib çıxarıb”.
Xəbər lenti
Hamısına baxSosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49

