Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Cahit Bağçı: Böyük Qayıdışın baş verdiyi bir zamanda Zəfərimizin 101-ci ildönümünü qeyd etmək qürur verir

Cahit Bağçı: Böyük Qayıdışın baş verdiyi bir zamanda Zəfərimizin 101-ci ildönümünü qeyd etmək qürur verir

30.08.2023 [20:47]

Türkiyə dövləti və xalqı bu gün möhtəşəm qələbəsini - Zəfər bayramını qeyd edir. 

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı avqustun 30-da Türkiyənin Zəfər bayramı münasibətilə keçirilən rəsmi qəbul zamanı səsləndirib. 

Kahramanmaraşda baş verən zəlzələnin aradan qaldırılmasında Azərbaycan başda olmaqla, dəstəyini əsirgəməyən ölkələrə təşəkkürünü bildirən diplomat Türkiyənin yeni əsrə uğurla qədəm qoyduğunu diqqətə çatdırıb. Cahit Bağçı Türkiyənin getdikcə gücləndiyini, müdafiə sənayesi sahəsində inkişafının 80 faizə çatdığını və dünyada böyük söz sahibinə çevrildiyini vurğulayıb. 

"İşğaldan azad edilən torpaqlara Böyük Qayıdışın baş verdiyi bir zamanda Zəfərimizin 101-ci ildönümünü qeyd etmək qürur verir. Türkiyə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh sazişinin imzalanmasını dəstəkləyir.

Türkiyə və Azərbaycan hər zaman sülhün tərəfdarıdır", - deyə türkiyəli diplomat vurğulayıb

Paylaş:
Baxılıb: 489 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31