Əməliyyatları kim idarə edəcək?
02.09.2023 [12:10]
“Vaqner”çilər and içəcəklər...
Ş.Xankişiyeva
Liderinin müəmmalı ölümündən sonra “Vaqner” Özəl Hərbi Şirkəti ilə bağlı məlumatlar səngimək bilmir. Məlum hadisənin səhəri günü “vaqner”çilərin təhdidli bəyanatı, qərb analitiklərinin şübhəli açıqlamaları, Özəl Hərbi Təşkilatın yeni rəhbərinin kimliyi barədə təzadlı fikirlər və s.bu qrupun bundan sonra kim tərəfindən yönəldiləcəyini və hansı xəttlə hərəkət edəcəyini sual altına qoymuşdu. Dünən isə “Bloomberg” maraqlı məlumat yayıb. Nəşrin məlumatında deyilir ki, Rusiya Müdafiə Nazirliyi Afrika və Yaxın Şərqdə yerləşən “Vaqner” Özəl Hərbi Şirkətinin muzdlularına nəzarət etməyi planlaşdırır. Bu xəbərin qaynağının bu yaxınlarda Rusiya prezidentinin fərmanı ilə əlaqəli olması şübhə yaratmır. Sözügedən fərmanla Putin “Vaqner”in Rusiya ordusuna qoşulmasına icazə vermişdi. Priqojinin ölümündən 2 gün sonra imzalanmış fərmana görə, hərbi tapşırıqları yerinə yetirən könüllülər Rusiya dövlət bayrağı önündə and içməli olacaqlar.
Burada söhbət könüllü birləşmələrin üzvlərindən və orduya tapşırıqların yerinə yetirilməsində köməklik göstərən və xüsusi hərbi əməliyyatda iştirak edən digər şəxslərdən gedir. Həmçinin ərazi müdafiəsinə cəlb olunan vətəndaşlar da and içməlidirlər.
Böyük Britaniyanın avqustun ikinci ongünlüyündə “Vaqner” qruplaşmasını terror dəstəsi kimi tanıyacağı barədə irəli sürdüyü təşəbbüsdən və baş verən gözlənilməz hadisədən dərhal sonra imzalanmış sənədi bir sıra qərb hərbi ekspertləri müxtəlf istiqamətlərdə qiymətləndirirlər. Çoxluğun fikirlərindən isə belə qənaətə gəlmək olar ki, “Vaqner”in leqallaşdırılıması istiqamətində işlərə start verilib. Bu arada “Vagner”in keçirəcəyi əməliyyatların idarə edilməsi həmin təşkilatın rəhbərliyi tərəfindən deyil, Rusiya Müdafiə Nazirliyi ilə əlaqəli silahlı podratçı tərəfindən həyata keçiriləcəyi istisna edilmir. İstinad etdiyimiz nəşrə məlümat verən mənbənin sözlərinə görə, “Vaqner”in bütün gizli xarici şəbəkəsinin Rusiya hərbi komandanlığına tabe edilməsi planlaşdırılır. Təbii ki, belə bir planın nəzərdə tutulması Rusiyanın gələcək təhdidlərdən sığortalanması kimi izah oluna bilər. Xatırladaq ki, bu ilin iyun ayında “vaqner”çilərin qiyamı olmuş, Priqojin bir neçə yüksəkranqlı hərbçilərin istefasını tələb etmişdi. Sonradan Belarus prezidentinin məsələyə müdaxiləsi ilə qiyam “bitmiş” sayılmışdı. Rusiya prezidentinin xəyanətkar adlandırdığı Priqojin əvvəlcə Sankt-Peterburqda görünmüş və son video görüntülərini Afrikadan yayımlamışdı. Putinin vaqnerçilərin bu hərəkətləri ilə barışmayacağı proqnozlaşdırılırdı. Elə bu səbəbdən də Vaqnerin fəaliyyətinə birbaşa təsir göstərilməsi ilə bağlı plan şübhəsiz ki, gələcəkdə bu qrupun təşkil edəcəyi üsyanların qarşısını almağa imkan verəcək.
Digər maraqlı məqam isə bu planın Rusiyanın yüksək rütbəli hərbi rəsmisinin Liviya və Suriyaya səfərindən sonra qurulmasıdır. İki gün öncə Priqojinin daha bir video-görüntüsü yayılmışdı. Videoda Vaqner lideri ölümü ətrafında gedən müzakirələrə cavab da vermişdi ki, Afrikada məzuniyyətdədir. Hadisələri və təşkilatın fəaliyyət xəttinin nəzərəçarpacaq dərəcədə dəyişdirilməsi üzərində işi araşdırarkən daha bir sual ortaya çıxır: Rusiyanın yüksək rütbəli hərbi rəsmisi Liviya və Suriyaya bu video yayımlanmadan sonra getmişdi, yoxsa əvvəl?
Xəbər lenti
Hamısına baxDünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50

