Çin Xalq Azadlıq Ordusu Tayvan ətrafında kompleks hərbi təlimlər keçirir. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin saytında məlumat verilir.
Təlimlərin cümə axşamı, mayın 23-də yerli vaxtla saat 07:45-də başladığı bildirilir.
Departamentdən bildirilib ki, təlimə quru, dəniz, hava qüvvələri və raket qüvvələri cəlb olunub. Onların məqsədi döyüş hazırlığını yoxlamaq və döyüş meydanına nəzarət etmək üçün birgə əməliyyatlar keçirmək, həmçinin əsas hədəflərə dəqiq zərbələr endirməkdir.
Havar Şəfiyeva