Paytaxtın 308 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub

Paytaxtın 308 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, layihə bu qurumun tabeliyindəki məktəblərdə 10 min 119 sinif üzrə 271 min 644 şagirdi əhatə edib.

Layihə çərçivəsində 2 961 müəllim müvafiq təlimlərdən keçib.