İSESCO-nun baş direktoru: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli regionda sülhün və sabitliyin bərqərar olunmasına xidmət edəcək

İSESCO Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərini geri qaytarmaq səylərini dəstəkləyir. AzərTAc xəbər verir ki, bu sözləri Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri deyib.
İSESCO-nun baş direktoru vurğulayıb ki, bu işğal beynəlxalq hüquqa və BMT-nin qətnamələrinə ziddir.
İSESCO-nun Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olunmasında maraqlı olduğunu qeyd edən qonaq deyib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bölgədə sülhün və sabitliyin bərqərar olunmasına xidmət edəcəkdir. Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır”.
Xankəndi aeroportunun istismara verilməsi məsələsinə də münasibət bildirən əl-Tüveycri vurğulayıb ki, İSESCO qəti şəkildə bunu pisləyir. Ermənistanın etdikləri əsl ağılsızlıqdır.