Abdelati Habek: Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməkdən çox məmnunam

Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməkdən çox məmnunam. Altı yüzdən artıq nümayəndənin iştirak etdiyi bu beynəlxalq tədbirin humanitar əməkdaşlığın inkişafında mühüm rolu var. Bu sözləri Humanitar Forumda iştirak edən Mərakeşin Diplomatik Fondunun prezidenti Abdelati Habek AzərTAc-a müsahibəsində söyləyib. A.Habek vurğulayıb ki, Forumun keçirildiyi Heydər Əliyev Mərkəzi öz gözəlliyi və arxitekturası ilə insanı valeh edir.