Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da İsrail Dövlətinin xarici işlər naziri Aviqdor Libermanı qəbul edib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub, yüksək texnologiyalar, kənd təsərrüfatı sahələrində əməkdaşlığımızın inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.