Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Latviya Respublikasının sabiq Prezidenti Valdis Zatlers ilə görüşüb.
Görüşdə Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun humanitar əməkdaşlığın möhkəmləndirilməsi işində rolu qeyd edilib, bu cür tədbirlərin mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi baxımından önəmi vurğulanıb.
Prezident İlham Əliyev və Valdis Zatlers Azərbaycan-Latviya münasibətlərinin müxtəlif sahələrdə inkişafından razılıq ifadə ediblər.