Azərbaycan Prezidenti İlham Əliyev Moldovanın keçmiş Prezidenti Petru Luçinskini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Moldovanın keçmiş Prezidenti Petru Luçinskini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Moldova Respublikasının keçmiş Prezidenti Petru Luçinskini qəbul edib.
Keçmiş Prezident Petru Luçinski Azərbaycanın böyük şairi, dahi Nizami Gəncəvinin Moldovada dörd dildə nəşr olunmuş müdrik kəlamlarından ibarət kitabı dövlətimizin başçısına təqdim edib.
Görüşdə Azərbaycan ilə Moldova arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd olunub.