Azərbaycan Prezidenti İlham Əliyev Niderland Krallığı Senatının üzvü Rene Van Der Linden ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev Niderland Krallığı Senatının üzvü Rene Van Der Linden ilə görüşüb

Martın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Haaqada Niderland Krallığı Senatının üzvü Rene Van Der Linden ilə görüşüb.
Görüşdə Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Ölkələrimizin siyasi, iqtisadi, biznes və digər sahələrdə uğurlu əməkdaşlıq qurduqları vurğulanıb. Azərbaycan ilə Niderlandın təhsil və elm sahələrində də yaxşı əməkdaşlıq etdikləri bildirilib.
Söhbət zamanı Azərbaycanın “ADA” Universiteti ilə Niderlandın Maastrixt Universiteti arasında əlaqələrin inkişafından razılıq ifadə olunub.