Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın keçmiş Prezidenti Emil Konstantineskunu qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın keçmiş Prezidenti Emil Konstantineskunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 7-də Rumıniyanın keçmiş Prezidenti Emil Konstantineskunu qəbul edib. Rumıniyanın keçmiş Prezidenti Emil Konstantinesku xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad edib.
Görüşdə Bakıda keçirilən Birinci Cənubi Qafqaz Forumunun əhəmiyyəti vurğulanıb, Azərbaycan ilə Rumıniya arasında əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub.