Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiyanın keçmiş Prezidentini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiyanın keçmiş Prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Xorvatiya Respublikasının keçmiş Prezidenti Stepan Mesiçi qəbul edib.
Görüşdə Azərbaycan ilə Xorvatiya arasında mövcud dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb, bir sıra xorvat şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti qeyd edilərək iqtisadiyyatın digər sahələrində də əməkdaşlığın inkişaf etdirilməsinin önəmi bildirilib.
Görüşdə, həmçinin II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.