Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Belarus Respublikası Baş nazirinin birinci müavini Vladimir Semaşkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Belarusun Baş nazirinin birinci müavini Vladimir Semaşko Azərbaycana sonuncu dəfə 2008-ci ildə səfər etdiyini və ötən dövr ərzində ölkəmizdə çox böyük inkişaf proseslərinin şahidi olduğunu deyib.
Görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurlu inkişafından məmnunluq ifadə olunub, Gəncə avtomobil zavodunda həyata keçirilən Azərbaycan-Belarus birgə layihəsinin önəmi qeyd edilib, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.