Prezident İlham Əliyev Brüsseldə Belçika Baş nazirinin müavini, maliyyə naziri Didier Reynders ilə görüşüb

Prezident İlham Əliyev Brüsseldə Belçika Baş nazirinin müavini, maliyyə naziri Didier Reynders ilə görüşüb
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Brüsseldə Belçika Krallığı Baş nazirinin müavini, maliyyə naziri Didier Reynders ilə görüşüb. Görüşdə ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsi, siyasi və iqtisadi əlaqələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.