Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Çili Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xorxe Patrisio Aransibia Reyesin etimadnaməsini qəbul edib. Çili Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xorxe Patrisio Aransibia Reyes Bakıdakı yüksək inkişaf proseslərinin, həyata keçirilən tikinti və abadlıq işlərinin şahidi olduğunu deyib. Görüşdə son illər ölkələrimiz arasında qarşılıqlı səfərlərin həyata keçirilməsi nəticəsində əlaqələrin intensivləşdiyi vurğulanıb, Azərbaycan-Çili əməkdaşlığının genişləndirilməsi üçün yaxşı imkanların yaradıldığı qeyd olunub.