Prezident İlham Əliyev Estoniya parlamenti sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Estoniya parlamenti sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Estoniya parlamentinin sədri xanım Ene Erqmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə Estoniya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələr sahəsində inkişaf etdirilməsi,  ölkələrimizin, eyni zamanda, Avropa İttifaqı çərçivəsində əməkdaşlığının perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.