Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib.
İSESKO-nun Baş direktoru xalqımızın ümummilli lider Heydər Əliyevin doğum gününün əlamətdar bir tarix olduğunu və bu günün ən xoş hisslərlə qeyd edildiyini xüsusi vurğulayıb.
Dövlətimizin başçısı Azərbaycan ilə İSESKO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq Baş direktor Əbdüləziz bin Osman əl-Tüveycrinin ölkəmizə səfərinin bu əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev bu yaxınlarda Bakıda keçirilmiş ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna toxunaraq Əbdüləziz bin Osman əl-Tüveycrinin bu beynəlxalq tədbirdə iştirakının əhəmiyyətini vurğulayıb.
İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Bakının artıq mötəbər beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilməsinin önəmini qeyd edib.
Görüşdə Azərbaycan-İSESKO əməkdaşlığının bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.