Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşingeri qəbul edib.
Görüşdə Münxen Təhlükəsizlik Konfransının beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından önəmi vurğulanıb, ölkəmizin bu təşkilat ilə uğurla əməkdaşlıq etdiyi bildirilib, beynəlxalq və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.