Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də NATO Dəstək Agentliyinin baş meneceri Mayk Laydeni qəbul edib.
Görüşdə Azərbaycan ilə NATO arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Azərbaycan Respublikası Prezidentinin NATO-nun baş qərargahına son səfəri və səfər zamanı keçirdiyi görüşlərin əlaqələrimizin inkişafı baxımından önəmi qeyd edilib, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.