AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünən Davosda “Total” şirkətinin rəhbəri Kristof de Marjeri ilə görüşü olub.
Görüşdə Azərbaycan ilə “Total” arasında uzun illərdir davam edən əməkdaşlıqdan məmnunluq ifadə olunub. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının işlənməsində Azərbaycan ilə “Total” şirkətinin əməkdaşlığının uğurla davam etdiyi bildirilib.
İkitərəfli əməkdaşlığın Azərbaycan-Fransa iqtisadi əlaqələrinin inkişafına da töhfə verdiyi vurğulanıb.
Görüşdə “Total” şirkəti ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.