Fransada parlayış: 4 nəfər yaralanıb, 4 nəfər itkin düşüb

Fransanın cənubundakı Var bölgəsindəki Sanary-sur Merdə baş verən partlayışda 3 mərtəbəli bina çöküb. yeniazerbaycan.com-un Türkiyənin “İhlas” agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışdan sonra binanın uçması nəticəsində 3 nəfər yaralanıb, itkin düşən 4 nəfərin axtarışları isə davam edir.

Yerli hakimiyyətdən dağıntılar altından çıxarılan 1 nəfərin həyati təhlükəsinin davam etdiyini, digər yaralıların isə vəziyyətlərinin nisbətən qənəatbəxş olduğunu bildirib.

Partlayışın səbəbi hələ bilinməsə də, hadisə yerinə gələn ilk qrupların sıx qaz iyini hiss etdikləri bildiriblər.