Naxçıvan şəhərində minik avtomobilləri toqquşub, 1 nəfər xəsarət alıb

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Əziz Əliyev küçəsində "Nissan" və "KİA" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfər xəsarət alıb. Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər, faktla bağlı araşdırma aparılır.