Azərbaycanın 3x3 basketbol millisi Avropa üçüncüsü olub

Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət millisi Belçikanın Antverpen şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, yığma 3-cü yer uğrunda görüşdə Sloveniya seçməsi ilə qarşılaşıb.

Rəqibinə 21:18 hesabı ilə qalib gələn milli komanda bürünc mükafata sahib çıxıb.