Boksçularımızdan 6 bürünc medal

Ukraynanın Mariupol şəhərində başa çatmış boks üzrə ənənəvi 43-cü beynəlxalq “Makar Mazay” turnirində Azərbaycan boksçuları 6 bürünc medal qazanıblar. Baş məşqçi Nəriman Abdullayevin yetirmələrindən Nihad Seyidov (51 kq), Rəhim Nəcəfov (54 kq), Elşən İsmayılov (57 kq), Ramal Amanov (64 kq), Elçin Əlizadə (91 kq) və Asim İsgəndərov (91 kq-dan çox) fərqləniblər. Xatırladaq ki, bu beynəlxalq turnir azərbaycanlı boksçular üçün sentyabr ayında Milanda keçiriləcək dünya birinciliyinə hazırlıq olub.