“İlk Avropa Oyunları hər bir idmançı üçün böyük stimuldur”. Bunu voleybol üzrə qadınlardan ibarət milli komandamızın üzvü Ceyran Əliyeva deyib.
O, “Bakı-2015” ilk Avropa Oyunlarının ölkəmizdə böyükdən-kiçiyə hər kəsin diqqət mərkəzində olduğunu vurğulayıb. İdmançı ilk Avropa Oyunlarının ölkə idmanına verə biləcəyi faydalarından da danışıb: “Bu yarışların ölkəmizdə keçirilməsi biz idmançıların uğurudur. Hətta “Bakı-2015”də iştirak etməyəcək idmançılar belə bu mötəbər idman bayramına biganə qalmırlar. Onlar bu yarışların ölkədə keçirilməsinin çox böyük əhəmiyyət daşıdığını yaxşı anlayırlar.
Bir sözlə, ilk Avropa Oyunları hər bir azərbaycanlı idmançıya stimul verir. Bu arada mən idmançılarımıza Oyunlarda uğurlar arzu edirəm. İnanıram ki, onlar bu mötəbər turnirdə yaxşı nəticə göstərəcəklər”.
Vüsalə