"Neftçi" amerikalı basketbolçu ilə müqaviilə imzalayıb

"Neftçi" komandası heyətini növbəti transferlə gücləndirib.

Klubdan AZƏRTAC-a bildirilib ki, amerikalı oyunqurucu Elayca Hokins ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

24 yaşlı basketbolçunun boyu 1,8 metrdir. Pleymeyker mövqeyində çıxış edən oyunçu son olaraq Macarıstanın "Atomeromu" komandasının formasını geyinib.