Qarabağ Universitetinə 100 ədəd velosiped hədiyyə olunub

"Bakı–Xankəndi" yarışından öncə Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) tərəfindən Qarabağ Universitetinə 100 ədəd velosiped hədiyyə olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə AzVİF-in 1-ci vitse-prezidenti, "Bakı-Xankəndi" Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov mətbuat konfransında məlumat verib.

O, bu addımın gəncləri velosiped idmanı növünə həvəsləndirmək məqsədi daşıdığını bildirib.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı "Bakı–Xankəndi" turnirində dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 min avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.