Uşaqların əl işlərinin sərgi-müsabiqəsi keçiriləcək

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə bu ilin sonunda uşaqların əl işlərindən və rəsmlərindən ibarət sərgi-müsabiqənin keçirilməsi nəzərdə tutulub. İdarədən bildirilən məlumatda deyilir ki, 2009-cu ilin “Uşaq İli” elan olunması ilə əlaqədar keçiriləcək tədbirin məqsədi uşaqlar arasında vətənpərvərlik ruhunun gücləndirilməsi və tariximizin geniş təbliğ edilməsidir.