ABŞ-da Milad paradı qana bulanıb. yeniazerbaycan.com Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, ABŞ-ın Viskonsin ştatında sürücünün avtomobili Milad paradında iştirak edən izdihamlı kütlənin üzərinə sürməsi nəticəsində azı 5 nəfər ölüb, 40-dan çox adam yaralanıb.
Sosial mediada paylaşılan görüntülərdə hadisəyə aid olduğu bildirilən qırmızı avtomobil çox sayda insana xəsarət yetirir. Paylaşılan görüntülərin birində avtomobilin maneələrə çırpıldıqdan sonra bir qrup musiqiçiyə doğru hərəkət etdiyi görünür.
Polis rəisi Den Tompson mətbuata açıqlamasında şübhəli avtomobili ələ keçirdiklərini bildirib. D.Tompson hadisə ilə bağlı başqa təfərrüatları paylaşmayıb.