Aİ-dən çağırış: Metsamor AES bağlanmalıdır

Aİ-dən çağırış: Metsamor AES bağlanmalıdır

Ermənistanın Metsamor şəhəri yaxınlığında yerləşən atom elektrik stansiyasının (AES) bağlanmasının zəruriliyi barədə fikirlər yenidən aktuallaşıb. Bu kontekstdə son olaraq Avropa Xarici Əlaqələr Xidmətinin Şərq Tərəfdaşlığı Departamentinin sədr müavini Dirk Lorenz AES-in yenilənməsinin məqbul olmadığını diqqətə çatdırıb. O bildirib ki, AES-in yenilənməsi onu tamamilə beynəlxalq təhlükəsizlik tələblərinə uyğunlaşdıra bilməz, bu səbəbdən bağlanmalıdır.