Assanc ABŞ-a ekstradisiya olunacaq?

Assanc ABŞ-a ekstradisiya olunacaq?

 

London Ali Məhkəməsi “WikiLeaks”in təsisçisi Culian Assancın ABŞ-a ekstradisiyasına dair müraciəti təmin edib. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, məhkəmə şikayətə oktyabrın 27 və 28-də baxsa da, qərar yalnız bu gün elan edilib. Buradan belə nəticə çıxır ki, iş C.Assancın intihar riskinə görə ekstradisiyasından imtina edən birinci instansiyaya - Vetsminster rayon məhkəməsinə qaytarılacaq. Bu halda “WikiLeaks”in təsisçisi həbsdə qalacaq.

Xatırladaq ki, C.Assanc Əfqanıstan və İraqda hərbi əməliyyatlar zamanı ABŞ-ın qanunsuz hərəkətlərini ifşa edən materialı ilə dünyada məşhurdur. Jurnalist hərbi əməliyyatlar zamanı dinc sakinlərin öldürülməsi, həmçinin ABŞ-ın Quantanamo həbsxanasında saxlanma şəraiti ilə bağlı məlumatları dərc edib.