Dekabrın 8-də qəzaya uğrayan helikopterin göyərtəsində olan Hindistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi general Bipin Ravat həlak olub. yeniazerbaycan.com-un Rusiyanın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində generalın həyat yoldaşı Madhulika Ravat və helikopterdə daha 11 nəfər də həlak olub.
Hindistan Hərbi Hava Qüvvələrindən veriən məlumata görə, yalnız bir nəfər, kapitan Varun Sinqhin sağ qalıb və hazırda müalicə olunur. Onun vəziyyəti ilə bağlı təfərrüatlar açıqlanmayıb.