Batumidə yeddimərtəbəli yaşayış binası çökdü

Batumidə yeddimərtəbəli yaşayış binası çökdü

 

Gürcüstanın Acarıstan Muxtar Respublikasının mərkəzi Batumi şəhərinin 26 May küçəsində yerləşən yeddimərtəbəli yaşayış binası çöküb.

 

Bu barədə yeniazerbaycan.com “Sputnik-Gürcüstan”a istinadən xəbər verir.

 

İlkin məlumata görə, hadisə zamanı binada sakinlər olub. Hazırda binanın dağıntıları olan ərazidə axtarış-xilasetmə işləri aparılır.

Hadisənin şahidləri bildiriblər ki, bina çökməzdən əvvəl partlayış səsləri eşidilib. Partlayışın qaz sızması nəticəsində baş verməsi ehtimal olunur.