ABŞ-ın keçmiş prezidenti Bill Klinton xəstəxanaya yerləşdirilib.
yeniazerbaycan.com Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, ABŞ-ın eks-prezidenti B.Klintonun infeksiyaya yoluxması səbəbindən xəstəxanada müalicə aldığı bildirilir.
B.Klintonun həkimləri Alpeş Amin və Liza Bardak yazılı açıqlama verərək eks-prezidentin iki gün əvvəl Kaliforniya xəstəxanasına yerləşdirildiyini qeyd ediblər. Klintonun yaxından müşahidə və antibiotik müalicəsi üçün xəstəxanada saxlanıldığı qeyd olunan açıqlamada deyilir ki, 2 günlük müalicədən sonra Klintonun qan analizlərinin nəticələri yaxşılaşıb və bədəni antibiotiklərə yaxşı cavab verib.
Digər tərəfdən, ABŞ mətbuatına danışan bəzi mənbələrin bildirdiyinə görə, B.Klinton sepsis səbəbiylə xəstəxanaya yerləşdirilib və təcili tədbir olaraq reanimasiyada saxlanılır.