CAR prezidenti koronavirusa yoluxub

CAR prezidenti koronavirusa yoluxub

Cənubi Afrika Respublikasının Prezidenti (CAR) Matamela Siril Ramafosanın yeni növ koronavirusa (COVID-19) yoluxduğu bildirilir. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, CAR prezident administrasiyasından verilən açıqlamada S.Ramafosanın COVID-19 test nəticəsinin müsbət çıxdığı açıqlanıb.

Açıqlamada yüngül simptomları olan S.Ramafosanın Keyptaun şəhərində Cənubi Afrika Hərbi Sağlamlıq Xidməti tərəfindən müşahidə altında olduğu da bildirilib.

Buna baxmayaraq, S.Ramafosa bir həftə müddətində bütün səlahiyyət və vəzifələrini vitse-prezident Devid Mabuzaya təhvil verib.