Mərkəzi Amerika ölkəsi Hondurasın dövlət başçısı solçu Azadlıq və Yenidənqurma Partiyasının namizədi olacaq. yeniazerbaycan.com Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, ötən bazar günü ölkədə keçirilən seçkilərdə ilk qeyri-rəsmi nəticələrə görə, Siomara Kastro ən yaxın rəqibi Nasri Asfuranı qabaqlayıb. Beləliklə, S.Kastro Hondurasın ilk qadın prezidenti olacaq.
12 ildir hakimiyyətdə olan, müxtəlif qalmaqallar və korrupsiya ittihamları ilə sarsılan sağçı Milli Partiya məğlubiyyətini etiraf edib. Belə ki, S.Kastro prezident postunu ölkədə qütbləşməyə səbəb olmaqda ittiham olunan Xuan Orlando Hernandesdən təhvil alacaq.
Seçki kampaniyasında S.Kastro ölkədə böyük dəyişikliklər edəcəyinə söz verib. Prioritet məsələlər, cinayətkarlığa və narkotik ticarətinə qarşı mübarizə, həmçinin ABŞ-a kütləvi miqrasiya olacaq.
Xatırladaq ki, Siomara Kastronun həyat yoldaşı Manuel Zelaya 2006-2009-cu illərdə Honduras prezidenti olub və çevriliş nəticəsində devrilib.