İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb

İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb

ABŞ tərəfindən sanksiyaya məruz qalan İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb.

AZƏRTAC xəbər verir ki, İran aviaşirkətləri son reyslərini sentyabrın 20-də həyata keçiriblər.

Bu gündən etibarən onların Gürcüstan aviasiya bazarındakı fəaliyyəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, ABŞ sentyabrın 8-də İran aviaşirkətlərinə sanksiya tətbiq edib. Sanksiyaların elan edilməsindən sonra Gürcüstan tərəfi beynəlxalq sanksiyalar rejiminə tam riayət edəcəyini bəyan edib.