İraqın Baş naziri 2027-ci ilədək ölkədəki silahlı qrupların tərk-silah ediləcəyini açıqlayıb

İraqın Baş naziri 2027-ci ilədək ölkədəki silahlı qrupların tərk-silah ediləcəyini açıqlayıb

İraqın Baş naziri Əli əl-Zeydi ölkədəki silahlı qrupların 2027-ci ilədək tərk-silah edilərək ləğv olunacağını bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə o, “The New York Times” qəzetinə müsahibəsində deyib.

Baş nazirin sözlərinə görə, sentyabrın 30-da mərhələli tərksilah planı açıqlanacaq. İlk mərhələdə 90 günlük atəşkəs elan olunması, daha sonra silahlı qrupların silahlarını təhvil verməyə başlaması nəzərdə tutulur. İraq hökuməti prosesin 2027-ci il iyunun 30-dək başa çatacağını gözləyir.

Əli əl-Zeydi tərksilahı ölkədə güclü iqtisadiyyatın qurulması və İraqın beynəlxalq iqtisadi əlaqələrinin genişləndirilməsi üçün zəruri hesab etdiyini vurğulayıb.