Kreml: Rusiya gərgin münasibətlər fonunda Britaniya və Fransaya səfirlər təyin etməyə tələsmir

Kreml: Rusiya gərgin münasibətlər fonunda Britaniya və Fransaya səfirlər təyin etməyə tələsmir

Kremlin sözçüsü Dmitri Peskov bazar ertəsi bildirib ki, Rusiya Fransa və Böyük Britaniyaya yeni səfirlər təyin etməyə tələsmir, çünki iki ölkə ilə diplomatik münasibətlər faktiki olaraq mövcud deyil.

AZƏRTAC xəbər verir ki, Peskov Rusiyanın “Vedomosti” qəzetinə verdiyi müsahibədə bildirib ki, iki aydan çoxdur ki, Moskvanın London və Parisdə səfiri yoxdur. O əlavə edib: “Bu ölkələrlə heç bir münasibət mövcud deyil, ona görə də tələsməyə ehtiyac yoxdur”.

Peskov, həmçinin bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Çində danışıqlar zamanı Vaşinqtona yeni Rusiya səfirinin təyin edilməsi məsələsini müzakirə etməyiblər. O deyib: “Xeyr, bu cür detallar müzakirə olunmayıb. Söhbət daha konseptual xarakter daşıyırdı”.

2025-ci ilin mart ayından bəri Vaşinqtonda Rusiyanın səfiri olmuş Aleksandr Darçiyev noyabrın 11-də xroniki xəstəlikdən sonra Moskvada vəfat edib.