Pakistanda sərnişin avtobusunun dərəyə aşması nəticəsində insan tələfatı qeydə alınıb. yeniazerbaycan.com Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Pakistanın Azad Cammu-Kəşmir bölgəsində hərəkət edən sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində ilkin məlumata görə, 23 nəfər ölüb.
Yerli KİV-in məlumatına görə, 30-dan çox sərnişinin olduğu avtobus Azad Cammu-Kəşmirdən Ravalpindiyə yola düşdükdən sonra hələ məlum olmayan səbəbdən Pallandri bölgəsində qəzaya uğrayıb.