Panamada son dövrün fenomeninə çevrilən “Squid Game” mövzusunda “Halloven” şənliyində silahlı hücum olub. yeniazerbaycan.com Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Cənubi Koreya serialının mövzusu əsasında təşkil edilən "Halloven" gecəsinə silahlı basqın edilib.Yerli mətbuata istinadən verilən məlumata görə, Panamanın Santa Ana rayonunda keçirilən şənlik iki dəstə arasında toqquşmaya səhnə olub və hücum zamanı 8 nəfər həyatını itirib.
Belə ki, hadisə zamanı 5 nəfərin güllələndiyi, 7 nəfərin yaralandığı və yaxınlıqdakı zibilqabından daha 3 cəsədin tapıldığı bildirilir.