İsveçrənin şərqindəki Qraubünden kantonunda tur avtobusunun qəzaya uğraması nəticəsində 5 nəfərin həlak olduğu açıqlanıb.
AZƏRTAC xəbər verir ki, kanton polisinin yaydığı məlumata əsasən, Niderlanda məxsus avtobusun yoldan çıxaraq aşması nəticəsində nəqliyyat vasitəsindəki 45 nəfərdən 5-i həlak olub. Xəsarət alan 40 sərnişindən 3-nün vəziyyətinin ağır olduğu bildirilib. Xəsarət alanların xəstəxanalara çatdırılması üçün əraziyə 7 helikopter və 13 təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisə ilə bağlı araşdırmalar və ölənlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi davam edir.