Vanuatuda gəminin batması nəticəsində 30 nəfər itkin düşüb

Vanuatuda gəminin batması nəticəsində 30 nəfər itkin düşüb

Vanuatu sahillərində sərnişin gəmisinin batması nəticəsində 30-dan çox insan itkin düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə ada dövlətinin Baş nazirinin ofisi məlumat yayıb.

Gəmidə 40-dan çox sərnişin və heyət üzvünün olduğu bildirilir. Onlardan biri ölüb, 15 nəfər isə xilas edilib. Xilasedicilər dənizdə axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

Vanuatu Baş nazirinin ofisi qeyd edib ki, faciə heyət üzvlərinin güclü küləklə bağlı xəbərdarlıqlara məhəl qoymaması və gəminin həddindən artıq yüklənməsi səbəbindən baş verə bilər.