Hörmüz boğazında İrana məxsus mülki gəmi vurulub

Hörmüz boğazında İrana məxsus mülki gəmi vurulub

Hörmüz boğazında İran mülki gəmisinə endirilən zərbə nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə Qeşm əyalətinin başçısı Əmir Teymuri bildirib.

İranın dövlət televiziyası onun sözlərini sitat gətirərək yazıb: "Bu gün səhər saat 5:00 radələrində Henqam adası və Qeşm adasının Şib Deraz sahili yaxınlığında ticarət gəmisi vurulub".