ABŞ administrasiyası Macarıstanın keçmiş Baş naziri Viktor Orbanı BMT Baş katibi vəzifəsinə uyğun namizəd hesab edir.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Vaşinqton Orbanın namizədliyinin Rusiya və Çinin dəstəyini qazana biləcəyini düşünür. ABŞ Dövlət Departamentindəki mənbənin fikrincə, o, BMT Təhlükəsizlik Şurasının 15 üzvündən 10-nun dəstəyini qazanmaq potensialına malikdir.
BMT-nin hazırkı Baş katibi Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatır. Yeni Baş katib Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında BMT Baş Assambleyası tərəfindən seçiləcək.