Britaniya İordan çayının qərb sahilində tikinti işlərində iştirak edən İsrail şirkətlərinə sanksiya tətbiq edib

Britaniya İordan çayının qərb sahilində tikinti işlərində iştirak edən İsrail şirkətlərinə sanksiya tətbiq edib

Böyük Britaniya hökuməti İordan çayının qərb sahilində yaşayış məntəqələrinin tikintisində iştirak edən səkkiz İsrail şirkətinə qarşı sanksiyalar tətbiq edib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, tikinti və daşınmaz əmlakın inkişafı sahəsində fəaliyyət göstərən səkkiz şirkətə tətbiq olunan məhdudiyyətlər onların maliyyə axınlarını və İordan çayının qərb sahilində tikinti layihələrini dəstəkləmək imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır.

Sanksiyalar Qüdsün şərqində yerləşən E1 bölgəsində tikinti layihələri üzrə tender təkliflərinin təqdim edilməsi üçün müəyyən edilmiş son tarixə iki gün qalmış elan olunub. Britaniya hökumətinin məlumatına görə, həmçinin sanksiyalar Qəzza zolağına humanitar yardımların çatdırılmasına mane olmaq məqsədilə blokadalar təşkil edən və həyata keçirən İsrailin “Tzav 9” fəal hərəkatını da əhatə edir.