lbaniyada tələbələr və vətəndaşlar Baş Nazirin Aparatının qarşısında etiraz aksiyası keçiriblər.
AZƏRTAC Albaniyanın ATA teleqraf agentliyinə istinadla xəbər verir ki, aksiya zamanı nümayişçilərin yolu bağlamasına müdaxilə edən polislə etirazçılar arasında qarşıdurma yaranıb. Gərginlik saxlanılan nümayişçilərin aparılmasına mane olmaq cəhdindən sonra daha da artıb.
Bildirilib ki, Baş nazir Edi Rama tələbələri dialoqa dəvət etsə də, onlar bu təklifi qəbul etməyiblər.