Sudanda çevrilişdən sonra fövqəladə vəziyyət elan olunsa da, insanlar küçələrdədir. yeniazerbaycan.com Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, hakimiyyəti ələ keçirən hərbçilər mülki administrasiyaya dəstək verən etirazçılara atəşlə cavab veriblər. Toqquşmalarda 7 nəfər ölüb, 140 nəfər yaralanıb.
Xəbərdə qeyd edilir ki, hərbi çevrilişdən sonra mülki hökumət tərəfdarları artıq neçə gündür ki, küçələrdədir. Hərbçilərin döyüş mərmilərindən istifadə edərək nümayişlərə sərt müdaxilə etməsinə baxmayaraq, minlərlə sudanlı çevrilişə etiraz edir.
Xatırladaq ki, baş nazir Abdullah Hamduk həbsindən əvvəl çevriliş əleyhinə bəyanatla çıxış edərək xalqı mülki administrasiyanın xeyrinə dinc nümayiş keçirmək üçün küçələrə çıxmağa çağırıb.