Türkiyənin cənub-şərqindəki Van vilayətinin Tuşba rayoununda 4,9 bal gücündə zəlzələ baş verib. yeniazerbaycan.com Türkiyənin “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, tələfat və dağıntı yoxdur.
Türkiyə Fəlakətlərin İdarə Edilməsi Qurumunun (AFAD) məlumatına görə, yeraltı təkanlar 7,62 km dərinlikdə qeydə alınıb.
Vilayət qubernatoru və Van bələdiyyəsinin başçısı vəzifəsini icra edən Mehmet Emin Bilməz deyib ki, tələfat və dağıntı yoxdur.